B2C satış platforması

Avtohesab ekosistemi daxili anbar və satış modulları ilə tam sinxronlaşan, avtoehtiyat hissəsi bazarının xüsusiyyətlərinə uyğunlaşdırılmış pərakəndə satış platformasıdır. Sürətli axtarış və onlayn sifariş imkanları ilə pərakəndə müştərilərinizə qüsursuz xidmət göstərin.

B2C platformasının biznesə üstünlükləri nələrdir?

Pərakəndə satış bazarında əhatə dairəsini genişləndirir, müştəri axınını artırır və əməliyyat xərclərini minimuma endirir

Yeni müştəri segmentinin qazanılması

Ənənəvi satış kanalları ilə yanaşı, rəqəmsal müstəvidə birbaşa pərakəndə alıcılara çıxış əldə olunması

24/7 onlayn satış dövriyyəsi

İş saatlarından asılı olmayaraq, günün istənilən vaxtı pərakəndə sifarişlərin qəbul edilməsi

Avtomatlaşdırılmış müştəri xidməti

Qiymət və stok məlumatlarının avtomatik göstərilməsi sayəsində müştəri sorğularına sərf olunan vaxtın azalması

Pərakəndə bazar payının artması

Geniş rəqəmsal auditoriyaya çatmaqla satış həcminin və brend tanınırlığının gücləndirilməsi

Bizim B2C həllinin fərqi nədən ibarətdir?

Avtoehtiyat hissəsi sektorunun spesifik ehtiyaclarına tam cavab verən, sınaqdan keçmiş və qüsursuz işləyən rəqəmsal platforma təqdim edirik

Sektorun spesifikasına uyğunluq

Avtomobil ehtiyat hissələrinin ticarət tələblərinə və kataloq strukturuna tam uyğunlaşdırılmış arxitektura

Yüksək performans və sürət

Böyük məhsul bazalarında belə səhifələrin və axtarışların maksimum sürətlə işləməsi

Tam inteqrasiya olunmuş ekosistem

B2B, BPM və OMS modulları ilə sıx əlaqədə işləyərək vahid ticarət zənciri yaradır

Davamlı Texniki Dəstək

Platformanın fasiləsiz işləməsi və yenilənməsi üçün hər zaman peşəkar texniki müşayiətin təmin olunması

Yeni Layihəyə Başlayın

Layihəniz haqqında məlumat paylaşın və sorğunuzu göndərin